-
İslam Əməkdaşlıq Təşkilatının İstanbul Samitində iştirak edən prezident İlham Əliyev aprelin 14-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, öncədən nəzərdə tutulmayan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf yolları müzakirə olunub. Prezidentlər eləcə də Türkiyənin sədrliyi dövründə İƏT-nin daha dinamik və təsirli təşkilat kimi fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevə aprelin 13-də Türkiyəyə gedib. Həmin gün O, Türkiyə prezidenti Receb Tayib Erdoğanla da görüşüb.
Bu gün, isə O, Türkiyənin baş naziri E. Davudoğlu ilə görüşmüşdü.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:
Putin Qarabağ problemi haqda: