Konashenkov:"Təyyarələr qaydanı pozmayıb"

Foto arxiv

“Rusiyanın Baltik dənizində uçuşlar həyəta keçirən təyyarələri təhlükəsizlik qaydalarını pozmayıblar”.

Bunu Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konashenkov bəyan edib.

Onun sözlərinə SU-24 təyyarələri həmin vaxt Baltik dənizindəki neytral ərazidə əvvəlcədən planlaşdırılmış təlim-məşq uçuşları keçirirmişlər.

Konashenkov deyib ki, ABŞ gəmisi həmin vaxt Rusiya hərbi-dəniz bazasının təxminən 70 kilometrliyində olub.

ABŞ-ın hərbi-dəniz donanması bundan əvvəl gəminin lap yaxınlığından ötən Rusiya təyyarələrinin görüntülərini yayıb.

ABŞ hərbçiləri təyyarələrin təhlükəli məsafədən ötdüklərini deyirlər.

ABŞ və Avropa komandanlıqları bunu təxribat adlandırıblar.