Səddam Hüseynin sarayını muzeyə çevirirlər

Səddam Hüseynin Bəsrə sarayı

-

Payızda keçmiş İraq lideri Saddam Hussein'in Bəsrə şəhərindəki sarayında İraq mədəniyyət tarixi muzeyi açılacaq.

National Geographic yazır ki, muzeyin dörd zalında İraqın Şumer, Babil, Assuriya və müsəlmanlıq dövrlərini əks etdirən eksponatlar sərgilənəcək.

İraqın nüfuzlu Bağdad muzeyi öz kolleksiyasından 3500-4000 əşyanı yeni muzeyə verəcək. Səddam Hüseynin sarayını muzeyə çevirmək layihəsinə ümumilikdə 3,4 milyon ABŞ dolaları xərclənəcək. Bu pulu indiki Bəsrə hakimiyyəti verəcək.