ANS yenə uduzdu...

ans radio

-

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibati iddiasına baxıb. Bu haqda APA Şuraya istinadən xəbər verir.

Apellyasiya Məhkəməsi radionun şikayətlərini rədd edərək Səbail Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb. Qüvvədə saxlanılan qərarlar ANS-in cərimələnməsini nəzərdə tutur.

Bu iki qurum arasındakı məhkəmə proseslərinin bir hissədir.

ANS-in baş direktoru Mirşahin Ağayev Şura sədri Nuşirəvan Məhərrəmovun ötən il oktyabrın 5-i və 13-də imzaladığı inzibati tənbeh haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail məhkəməsinə üz tutmuşdu. Məhkəmə şikayətləri təmin etməmişdi.

Qərardan narazı qalan şirkətin baş direktoru Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi. 26 şikayət üzrə Səbail rayon Məhkəməsinin qərarları ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdı. Səbail rayon Məhkəməsi isə həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərmişdi.

Ancaq MTRŞ sədri Səbail rayon Məhkəməsindən qaytarılan işə yenidən baxıb cərimə tənbeh tədbirini qüvvədə saxlamışdı.