Aprelin 13-dəTürkiyə superliqasının 26-cı turunda təxirə salınan derbi keçirilir.
"Qalatasaray" öz meydanında "Fənərbaxça"nı qəbul edir.
Çempionluq iddiasında olan "Fənərbaxça" lider "Beşiktaş"la xal fərqini 3-ə salmaq üçün qələbə qazanmalıdır.
"Türk Telekom Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da başlayır.
"Fənərbaxça" hazırda 60 xalla turnir cədvəlində 2-ci, "Qalatasaray" isə 40 xalla 7-ci yerdədir.