Qırğızıstan parlamenti Sooronbai Jeenbekovun baş nazirliyə namizədliyini təsdiqləyib.
O aprelin 13-də keçirilən səsvermədən əvvəl deyib ki, terrorçuluqla mübarizə və qonşu dövlətlərlə mübahisəli sərhədlərin yenidən təyin edilməsi rəhbərlik edəcəyi hökumətin qarşısında duran əsas vəzifə olacaq.
Jeenbekov bu vəzifədə aprelin 11-də istefa verən Temir Sarievi əvəz edib.
Bir sıra deputatlar əvvəlki hökuməti korrupsiyada ittiham edirdi.