Festivalın Münsiflər Heyəti açıqlandı

►Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda İlk Buktreyler Festivalının Münsiflər Heyətini müəyyənləşdirib

Nazirliyin yaydığı xəbərə görə, Münsiflər Heyəti aşağıdakı tərkibdə seçilib:

Azərbaycan detektiv yazıçısı Çingiz Abdullayev, senarist, rejissor Ramiz Fətəliyev, aktyor, kinorejissor Elxan Cəfərov, rejissor, klipmeyker Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev, kinoaktyor, musiqi müəllifi Ruslan Sabirli.

Buktreylerin əsas vəzifəsi – oxucuda kitaba maraq oyatmaqdır.

Aprelin 10-da ilk Buktreyler Festivalına işlərin qəbulu başa çatıb.

Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Qaliblər 23 aprel- Beynəlxalq Kitab Günündə Nizami Kino Mərkəzində müəyyən olunacaq.