Suriyadan Türkiyəyə mərmi düşüb

Kilisdə xəstəxana

-

Suriyadan atılan mərmi yenə Türkiyə ərazisinə düşüb.

Türkiyə mediası yazır ki, mərmilər aprelin 13-də Kilis şəhərinin mərkəzinə düşüb, çaxnaşma yaradıb, ancaq itki olmayıb.

Türkiyə də Suriya daxilindəki hədəfləri vurub.

Aprelin 12-də Türkiyə ordusu Suriyada İslam Dövləti (İŞİD) hədəflərini vurub. Bundan öncə Kilisin mərkəzinə raket atılmış, bir nəfər ölüb, yeddi nəfər yaralanmışdı.

Kilis Suriyanın İŞİD-in, kürd silahlılarının və üsyançıların nəzarətində olan əraziləri ilə sərhəddir.