Aprelin 12-də futbol üzrə Avropa Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir.
İngiltərənin "Mançester Siti" klubu Fransanın “PSJ” komandasını qəbul edir.
Fransada keçirilən İlk görüş 2:2 olduğundan, yarımfinalçı bu oyunda bəlli olacaq.
Madridin "Real" klubu isə evdə Almaniyanın "Volfsburq" komandasını qəbul edir.
Qeyd edək ki, “Real” səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Hər iki görüş Avropa vaxtı ilə saat 22:45-də başlayır.
Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu isə aprelin 13-də keçiriləcək.
Madridin "Atletiko" klubu öz meydanında "Barselona" nı qəbul edir.
İlk oyun 2:1 hesabı ilə Barselonanın xeyrinə olub.
Portuqaliyanın "Benfika" klubu isə "Bavariya" nı qəbul edir.
İlk oyun 1:0 hesabı ilə Bavariyanın xetrinə olub.