Savchenkonun tezliklə mübadiləsi gözlənmir

Nadia Savchenko

Vəkil Mark Feygin ukraynalı pilot Nadia Savchenkonun dəyişdirilməsi ilə bağlı razılıq əldə olunması barədə KİV-də yayılan məlumatları təkzib edib.

O AzadlıqRadiosuna müsahibəsində həqiqətən də bununla bağlı danışıqlar aparıldığını, amma Savchenkonun yaxın günlərdə vətəninə verilməsinin mümkünlüyünün çox az olduğunu deyib.

O deyib ki, problem beynəlxalq aləm və Kiyevdə yox, Kremldədir.

O həmçinin qeyd edib ki, bu məsələ yalnız siyasi yolla həll oluna bilər.

Rusiya məhkəməsi 2016-cı il martın 22-də Savchenkonu 22 il azadlıqdan məhrum edib.

O 2014-cü ilin yayında Luqansk ətrafında iki Rusiya jurnalistinin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.

Savchenko ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.