-
Beynəlxalq Mətbuat Mərkəzi (BMM) “Vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişiklik üçün nə etməli” adlı dörd saatlıq forumun keçirilməsinə razılıq verib.
Forumu Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi təşkil edir.
Aprelin 11-nə planlaşdırılan forum yerlə bağlı cavabın gecikməsi ilə əlaqədar olaraq təşkilati məsələlərin həllinə görə, aprelin 19-na keçirilib.
Tədbir saat 10:00-dan 13:00-dək keçiriləcək və vətəndaş sektoru, KİV-ə dair geniş məsələləri əhatə edəcək.
Bundan öncə The Landmark Hotel Baku Biznes Mərkəzi forumun keçirilməsi üçün yer ayırmaqdan imtina etmişdi.