Böyük 7-lər Ukraynanı müzakirə edib

John Kerry

Böyük 7-lər ölkələri Hirosima sammitində Ukrayna münaqişəsi və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Bu barədə aprelin 11-də ABŞ Dövlət katibi John Kerry məlumat verib.

Kerry bildirib ki, Ukraynada atəşkəslə bağlı Minsk razılaşmasına tam əməl edilməlidir.

Liderlər həmçinin Əfqanıstan prezidenti Ashraf Ghani və ali icraçı direktor Abdulla Abdullanın milli birlik hökuməti və ölkədə vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə dəstək bildiriblər.

John Kerry və digər dünya lideləri bundan əvvəl Hirosimada atom bombasından həlak olanların xatirəsinə ucaldılmış abidəyə də baş çəkib, onların xatirəsini anıblar.

1945-ci il, avqustun 6-da ABŞ-ın B-29 bombardmançı təyyarəsi bu şəhərə atom bombası atıb, 80 min nəfər yerindəcə həlak olub.

3 gün sonra isə Naqasaki şəhərinə ikinci bomba atılıb və bununla 2-ci Dünya Müharibəsi başa çatıb.

Ümumilikdə həmin vaxt 250 minə yaxın adam ölüb.