NATO-Rusiya görüşü olacaq

Jens Stoltenberg

Jens Stoltenberg

Yaxın iki həftə ərzində Brüsseldə səfirlər səviyyəsindəNATO-Rusiya görüşü gözlənilir.

Bu barədə aprelin 8-də NATO rəhbərliyi məlumat yayıb.

Məlumata görə, görüşdə əsasən Ukrayna böhranı müzakirə olunacaq.

Toplantıda həmçinin Əfqanıstan məsələsi və regional təhlükələr müzakirə olunacaq.

Qeyd edək ki, 2014-cü ilin aprelində NATO-Rusiya münasibətləri demək olar ki, dayandırılıb.

Bu Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişədən sonra baş verib.