Bakıda Britaniya Film festivalı

Nizami Mərkəzi

-

Nizami Kino Mərkəzində Britaniya Film Baharı festivalı keçiriləcək. Bu haqda “British Council” xəbər verir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzinin təşəbbüsü ilə keçirilən festival aprelin 25-dən 30-dək davam edəcək.

Festivalda Britaniya kinematoqrafiyasının yeni filmləri nümayiş olunacaq. Tədbirə Kolm Toybinin eyniadlı romanını əssında çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar-nominasiyalı "Bruklin" tarixi dramının premyerası ilə start veriləcək.

Festival çərçivəsində izləyicilərə 6 film təqdim olunacaq.

British Council - Azərbaycanın direktoru Elizabet Uayt festivalın məqsədlərindən danışarkən “niyyətimiz Britaniya film və kinematoqrafçılarını azərbaycanlı tamaşaçılarla bir araya gətirməkdir. Eyni zamanda innovasiyalar, müxtəliflik nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır” - deyib.