Türkiyəyə daha 45 miqrant qaytarılıb

Foto arxiv

Aprelin 8-də Yunanıstanın Lesbos adasından Türkiyəyə 45 pakistanlı qaçqın qaytarılıb.

Qeyd edək ki, bu Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşma çərçivəsində həyata keçirilir.

Aprelin 4-dən qüvvəyə minən razılaşma əsasında indiyədək Yunanıstandan Türkiyəyə 250-ə yaxın qaçqın qaytarılıb.

Razılaşmada bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması əvəzində ona əlavə vəsait ayrılması və Ankara ilə Avropa Birliyinə üzvlük danışıqları və vizasız rejimin tezləşdirilməsi nəzərdə tutulur.

Həmçinin Avropa Birliyi qanuni Suriya qaçqınlarına sığınacaq verməlidir.

Hazırda Türkiyədə təxminən 3 milyon Suriya qaçqını var.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vaasitəsi ilə Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.