İŞİD 200 fəhləni qaçırdıb

İŞİD-çilər

-

İŞİD-in Suriyanın paytaxtı Dəməşqə yaxın sement zavoduna hücumundan sonra zavodun, azı, 200 fəhləsi yoxa çıxıb.

Dumayr qəsəbəsindəki zavoddan qaçırılan fəhlələrin naməlum istiqaməti aparıldığı bildirilir.

Qəsəbə ətrafında bir neçə gündür İŞİD-lə Suriya ordusu arasında şiddətli döyüşlər gedirdi.

Suriyanın dövlət televiziyası Sənaye Nazirliyinə istinadən 300 nəfər fəhlənin qaçırıldığını bildirib. Ancaq müxalif qruplar qaçırılanların 200 nəfər olduğunu deyir.