Danimarka polisi Kopenhagendə “İslam Dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən 4 nəfəri həbs edib.
Ünvanlardan birində silah və sursat aşkar edilib.
4 nəfərə qarşı ittiham irəli sürülüb.
Onların terror törətmək üçün Suriyadakı “İslam Dövləti” qrupu tərəfindən ələ alındıqları bildirilir.
Bu barədə Danimarka polisi məlumat verir.
Danimarka hakimiyyətinin məlumatına görə, 2012-ci ildən bu yana Suriya və İraqdakı yaraqlılara qoşulmaq üçün ölkədən 125 nəfərdən çox adam gedib.
Təhlükəsizlik xidməti hesab edir ki, ölkəyə dönənlər terror aktları törədə bilərlər.
2015-ci ilin fevralında Kopenhagendəki sinaqoqa hücum nəticəsində 2 nəfər ölüb.
Polis həmin vaxt yaraqlını güllələyib və onun cihadçılarla əlbir olduğu üzə çıxıb.