Azərbaycanın statusu endirilə bilər

Karikatura. Şəffaflıq

-

Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşəbbüsündə Azərbaycanın statusu tam hüquqlu üzvdən fəaliyyətsiz ölkə səviyyəsinə endirilə bilər. Bu barədə Turan-a təşkilatın İdarə Heyətinin Azərbaycan vətəndaş cəmiyyətindən olan üzvü Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, bu mayın 3 və 4-də Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq idarə heyətinin Cənubi Afrika Respublikasının Keyptaun şəhərindəki toplantısında müzakirə olunacaq.

“Bu təşəbbüsün Meyarlar və Standartlar Altkomitəsi fevralın sonunda keçirdiyi toplantıda Azərbaycanda və bəzi üzv ölkələrdə mövcud durumu müzakirə edib. Həmin ölkələrin Açıq Hökumət Tərəfdaşlığında tam hüquqlu statusunun fəaliyyətsiz ölkə statusuna endirilməsinə dair tövsiyə ilə qurumun İdarə Heyətinə müraciət edib.

Alt Komitənin bu qənaətə gəlməsinin səbəbi Azərbaycanın götürdüyü öhdəliklərə vaxtında əməl etməməsi və eyni zamanda vətəndaş cəmiyyətinin son durumu olub - deyə Qubad İbadoğlu bildirib.

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına 2012-ci ildə qoşulub.

Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planını qəbul edib. Həmin planda 4 istiqamət müəyyənləşdirilib: Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması; hesabatlılığın təmin edilməsi; ictimaiyyətin iştirakının genişləndirilməsi; yeni texnologiyaların tətbiqi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]