Azərbaycan millisi xeyli gerilədi

Foto arxiv

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytında gedən məlumata görə,ötən ayla müqayisədə Azərbaycan millisi 22 pillə geriləyib.

Ötən ay Antalyada keçirilən Qazaxıstanla yoxlama matçında 0:1 hesabı ilə uduzan Azərbaycan millisi 134-cü pillədə qərarlaşıb.

Azərbaycan yığmasının "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 5-ci , Çexiya 29-cu , Şimali İrlandiya 26-cı, Norveç 49-cu, San-Marino isə 200 yerdədir.

Siyahının başında da dəyişiklik olub.

Argentina millisi 1-ci pilləyə qalxıb, Belçika ikinci, Çili isə üçüncü yerdədir.