-
Prezident İlham Əliyev iyunda Almaniyaya səfər edəcək.
Bu haqda Almaniya kansleri Angela Merkel aprelin 6-da Ermənistan prezidenti Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib. (Turan)
Almaniya kanslerinin bildirdiyinə görə, Azərbaycan prezidentinin səfəri artıq razılaşdırılıb.
“Biz Azərbaycan prezidentinin nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik” - deyə A.Merkel bildirib.
Prezident Adminstrasiyası ölkə başçısının sözügüdən səfəri ilə bağlı, hələlik, hər hansı açıqlama verməyib.
Ermənistan prezidenti Serj Sarkisyan aprelin 6-da Almaniyaya gedib. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərginlik diqqət mərkəzində olub.