Ukrayna ilə bağlı referendum keçirilir

Mark Rutte

Niderlandda Ukraynanın Avropa Birliyi ilə əlaqələri genişləndirməsi və ona yaxınlaşması ilə bağlı referendum keçirilir.

Referendumun baş tutmuş hesab olunması üçün azı 30 faiz seçici iştirakı lazımdır.

Hollandlar Avropa Birliyi ilə Ukrayna arasında imzalanmış asosasiya sazişinə münasibət bildirməlidirlər.

Niderlandın baş naziri Mark Rutte Ukraynaya dəstək bildirib və qeyd edib ki, bu proses Avropa Birliyinin sərhədlərində sabitliyi möhkəmləndirəcək.

Qeyd edək ki, referendumun nəticələri məsləhət xarakterli olacaq.

Niderlandda keçirilən rəy sorğuları seçicilərin çoxunun mənfi cavab verəcəyini göstərir.

28 Avropa Birliyi ölkəsindən 27-si artıq Ukrayna ilə asosasiya sazişini ratifikasiya edib.