Rusiya İrana S-300 göndərir

S-300

-

Rusiya xəbər agentlikləri yazır ki, Rusiya bir neçə günə İrana S-300 havadan müdafiə sistemlərinin ilk partiyasını göndərəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov aprelin 5-də Interfax-a deyib ki, “bunun bu gün verə biləcəyini dəqiq bilmirəm, ancaq yola salınacaq”.

Moskvayla Tehran 2007-ci ildə S-300 sistemlərinin alınması barədə kontrakt imzalayıb. Ancaq 2010-cu ildə BMT Təhlükəsizlik Şurası İrana ağır silah texnikasının satışını qadağan edəndən sonra bu saziş də ertələnib.

İran ötən il dünya gücləri ilə nüvə sazişi imzalayan kimi Rusiya da qadağanı qaldırıb.