-
Azərbaycan, İran və Rusiyanın xarici işlər nazirlərinin Bakı görüşünün əsas mövzusu Dağlıq Qarabağ problemi olacaq.
"Report" xəbəri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən yayıb:
"Bildiyiniz kimi Bakıda "Rusiya-İran-Azərbaycan" formatında üçtərəfli görüş planlaşdırılıb. Əlbəttə, o son hadisələrlə əlaqədar aktuallıq kəsb etməyə başlayıb. Əsas mövzu Dağlıq Qarabağ olacaq", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, tərəflər "münaqişənin həlli relsinə çıxıblar".
Aprelin 5-dən etibarən isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri İrana toplaşıblar. Bu üçtərəfli müzakirələrin bu gün başa çatacağı gözlənilir.