Erdogan Avropa Birliyini tənqid elədi

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan Avropa hökumətlərini miqrant bphranına görə tənqid edib.

Qeyd edək ki, martın 4-dən Avropadan sığınacaq ala bilməyən qanunsuz miqrantların Türkiyəyə qaytarılmasına başlanıb.

Erdogan Avropa Birliyi dövlətlərini tikanlı məftillərdən sədlər quraraq qaçqınları ölkələrinə buraxmamaqda ittiham edib.

O deyib ki, bu ölkələr Türkiyədən qat-qat varlı olsalar da indiyədək miqrantlara lazımı köməklik göstərməyiblər.

Erdogan hazırda Türkiyədə 3 milyon Suriya qaçqını olduğunu və daha varlı Avropa ölkələrinin bundan az etdiklərini deyib.

Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşmaya əsasən Türkiyə bütün qanunsuz miqrantları geri qəbul etməli, əvəzində suriyalı qaçqınlar Avropa Birliyinə göndərilməli, Türkiyəyə maliyyə yardımı artırılmalı və onunla üzvlük danışıqları sürətləndirilməlidir.