Xarici valyuta ilə kredit müvəqqəti dayandırılır

Dollar

-

Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib.

Xarici valyutada istehlak kreditlərinin verilməsi sahəsində təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Habelə, qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın. Bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin.

Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezidentin sərəncamı ilə yaradılıb. Daha sonra lisenziyalaşma və banklara nəzarət etməklə bağlı Mərkəzi Bankın bir sıra səlahiyyətləri bu Palataya verilib.