Ağdamda işıqlar sönüb, ölənlər var

Qarabağda dağıntılar.

-

Hazırda Ağdam rayonunun 11 kəndi işıqsız qalıb. ANSPRESS xəbəri Fövqəladə Hallar komissiyasının rəisi Fərhad Heydərova istinadən yayıb. Rəisin deməsinə görə, Ermənistan Silahlı Qüvvələri cəbhə bölgəsində dinc sakinləri də atəşə tutmağa davam edir. Bu dəfə elektrik yarımstansiyası reaktiv artilleriya və toplardan atəşə tutulub. Nəticədə kəndlər işıqsız qalıb.

Artilleriya zərbələrindən dinc sakinlərdən də ölən və yaralananların olduğu bildirilir. Xəbərdə qeyd edilir ki, son günlər Ağdam rayonunda 6 dinc sakin həlak olub. Əlavə yaralılar da var. Fövqəladə Hallar Nazirliyindən bildirildiyinə görə, yaralılar arasında onların da bir əməkdaşı var. Tərtər rayonunda da Mülki əhali arasında itkilərin olduğu bildirilir.

Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulmasından üzü bəri Azərbaycan tərəfdən mülkü şəxslərin də öldüyü, yaralandığı bildirilir.