Fransanın “Air France” hava şirkəti qadın təyyarə bələdçilərinə İrana bərpa olunan reyslərdən imtina etmək hüququ verib.
Qeyd edək ki, İran reyslərində qadınlardan baş örtüyü tələb olunur.
Şirkət aprelin 4-də bəyan edib ki, bununla bağlı xüsusi komissiya yaradılacaq və İrana reyslərdən imtina edən qadınlar başqaları ilə əvəzlənəcək.
“Air France” aprelin 17-dən Tehrana reysləri bərpa edəcək.
Reyslər həftədə 3 dəfə olacaq.