Moskvanın “Manejnaya” meydanında prezident Valdimir Putinə etimadsızlıq göstərilməsi tələbi ilə tək aksiyalar keçirilib.
Bu barədə müxalifət fəalı Nikolai Lyaskin aprelin 4-də özünün “Tvitter” səhifəsində yazır.
Buna səbəb Putinlə bağlı ofşor şirkətlər barədə jurnalist araşdırmalarının açıqlanması olub.
Araşdırmalarda bildirilir ki, Putinə yaxın adamlar Bank “Rossiya” və Panamadakı ofşor şirkətlər vasitəsi ilə 2 milyard dollardan çox pul “yuyublar”.
Kreml bunun əsassız olduğunu deyir.