Təyyarə dənizə düşdü, sağ qaldılar

Foto arxiv

Foto arxiv

İçərisində iki pilot olan kiçik mühərrikli təyyarə Tel-Əviv yaxınlığında Aralıq dənizinə məcburi eniş edib.

Təyyarənin Sde-Dov limanına çatmasına cəmi bir neçə kilometr qalıbmış.

Şahidlərdən birinin dedikləri.”Biz təyyarənin necə yavaş-yavaş endiyini gördük və o eniş zolağına çata bilmədi.

Təkərlər açılmamışdı, eniş işıqları yanmırdı və pərlər fırlanmırdı.

Təyyarə təxminən 100 metrliyimizə endi. Mən və bir neçə adam özümüzü ora yetirdik, amma pilotlar özləri çıxaraq hər şeyin qaydasında olduğunu dedilər”.

Pilotlar xəsarət almayıb və xilasedicilər onları sahilə çıxarıb.