Rusiya NATO-ya cavabdan danışır

Polşada ABŞ təyyarəsi, arxiv fotosu

-

Rusiya NATO-nun Avropanın şərqində əsgər sayını, özəlliklə də, ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi iştirakını artırmasına “asimmetrik” cavab verməyə hazırlaşır. Bunu Rusiyanın NATO-dakı səfiri martın 31-də deyib. Alexandr Grushko “Rossiya-24” televiziyasına danışıb.

“ABŞ Avropada hərbi iştirakını artırır, şərq cəbhəsinə daha çox önə çəkir… Biz passiv müşahidəçi deyilik. Bu tamamilə əsassız hərbi iştirak artımını neytrallaşdırmaqdan ötrü hərbi tədbirlər həyata keçiririk”, o deyib.

Grushko “Izvestia” qəzetinə müsahibəsində deyib ki, Rusiya əsgərlərin rotasiyasına Rusiya-NATO arasında 1990-cı illər razılaşmasının pozulması kimi baxır. Həmin sənəd Avropanın şərqində əlavə döyüş qüvvələrinin yerləşdirilməməsini nəzərdə tutur.