Salah Abdeslam Fransaya verilə bilər

Salah Abdeslam

Belçika məhkəməsi 2015-ci il noyabrın 13-də Parisdə törədilən terror aktlarının təşkilində əsas şübhəli sayılan Salah Abdeslam ekstradasiyasını istisna eləmir.

Vəkil Sedrik Muass onun əvvəlki mövqeini dəyişdiyini, Fransaya verilməsinə qarşı olmadığını və istintaqla əməkdaşlığa hazır olduğunu deyir.

Qeyd edək ki, Paris hücumlarında 130 nəfər ölüb.

Belçika və Fransa prokurorluqları hazırda onun ekstradasiyasını müzakirə edirlər.

Salah Abdeslam martın 18-də Brüsseldə həbs olunub.