Martın 22-də terror aktı törədilmiş Brüssel hava limanı texniki çəhətdən uçuşlara hazırdır.
Amma reyslərin aprelin 1-i axşam saatlarından sonra bərpa olunacağı gözlənilir.
Bu barədə martın 31-də hava limanı rəsmiləri məlumat yayıb.
Martın 22-də hava limanında törədilən iki partlayışda 30-dan çox adam ölüb.
Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.
Dağıntıya görə hava limanı hələlik 20 faiz tam fəaliyyət göstərə bilər.