Hindistanda nəhəng körpü uçub,ölənlər var

Foto arxiv

Hindistanda tikilməkdə olan körpünün martın 31-də uçması nəticəsində azı 14 nəfər ölüb.

150 nəfərinsə dağıntılar altında qaldığı güman edilir.

Körpünun altından gur yol keçir.

Xilasedici əməliyyatlara insanlar da qoşulub.

Qəzanın baş verdiyi “Girish” parkı Kəlkətənin ən gur rayonlarından biridir.

Burda dar keçələr, sıx tikilmiş mağaza və evlər var.

2 kilometrlik körpünün tikintisinə 2009-cu ildən başlasa da istifadəyə verilməsi bir neçə dəfə təxirə salınıb.