İtaliya kitab festivalı Ə.Əylisli haqda bəyanat yayıb

Əkrəm Əylisli

-

İtaliyanın Venesiya şəhərində keçirilən Incroci di Civiltà festivalının rəhbərliyi yazıçı Əkrəm Əyslinin məsələsi haqda bəyanat yayıb:

"Biz azərbaycanlı yazıçı Əkrəm Əylislinin Bakı aeroportunda polis tərəfindən saxlanmasını məyusluqla başa düşürük. Arzu edirik ki, məsələ müsbət həll olunsun və yazıçı Beynəlxalq Festivala qoşula bilsin. Bu festival hər zaman ifadə azadlığını və mədəniyyətlərarası dialoqu təbliğ edib."

Əkrəm Əyslinin çıxışı haqda festivalın səhifəsində qabaqcadan elan verilmişdi. O, 31 martda yerli vaxtla 14.30-da rus dilində çıxış edəcəkdi.