Almaniya millisi yoldaşlıq görüşündə İtaliyaya 4:1 hesabı ilə qalib gələrək uğursuz seriyaya son qoyub.
Belə ki, yığma 21 ildən sonra İtaliyanı məğlub edə bilib.
Almaniya yığması İtaliyayaya sonuncu dəfə 1995-ci ilin iyununda qalib gəlib.
Həmin görüş 2:1 almanların xeyrinə başa çatıb.
Ümumilikdə martın 29-da futbol üzrə yoldaşlıq görüşlərində bir sıra yadda qalan oyunlar olub.
Üç gün əvvəl Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələn Qazaxıstan səfərdə Gürcüstanla 1:1 oynayıb, Türkiyə isə səfərdə Avstriyanı 2:1 hesabı ilə məğlub edib.
Portuqaliya - Belçikanı 2:1, İngiltərə səfərdə Hollandiyanı 2:1, Fransa isə evdə Rusiyanı 4:2 hesabı ilə məğlub edib.