Keçmiş nazir təyyarə qəzasında həlak olub

Jean Lapierre

Kanadanın keçmiş nəqliyyat naziri iki mühərrikli şəxsi təyyarənin qəzaya uğraması nəticəsində ailəsi ilə bilrlikdə həlak olub.

Jan Laperin təyyarəsi şərqi Kvebek əyalətindəki Madlen adasında qəzaya düşüb.

Nəticədə təyyarədə olan 7 nəfərin hamısı həlak olub.

O həyat yoldaşı və qohumları ilə birlikdə atasının dəfn mərasiminə gedirmiş.

Qəzanın səbəbi araşdırılır.

Jan Laper 17 ildən çox hökumət üzvü olub.