Miqrantlar düşərgədən çıxmır

Foto arxiv

Yunanıstanla Makedoniya sərhədindəki İdomeni düşərkəsində məskunlaşan qaçqınlar bir neçə gündür ki, başqa miqrant mərkəzlərinə getməkdən imtina edirlər.

Makedoniya sərhədi bağladığından qaçqınlar xeyli vaxtdır ki, bu düşərgəyə toplaşıblar.

Onlar 12- gündür ki, sərhəddəki dəmiryol xəttini bağlayıb və nəticədə iki ölkə arasında qatarların hərəkəti dayanıb.

Martın 29-da polis yolu açmaq istəyərkən qarşıdurma yaranıb.

Qaçqınlar qorxur ki, əgər yeni saxlama mərkəzlərinə getsələr ordan çıxıb başqa yerə gedə bilməyəcəklər.

Hökumət miqrantlara qarşı güc tətbiq edilməyəcəyini bildirib.

Hər gün onların dalınca avtobuslar gəlir.

Amma düşərgədəki acınacaqlı vəziyyətə baxmayaraq martın 25-dən bu yana 12 min qaçqından təxminən mini düşərgəni tərk edib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.