-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Vergilər nazirinin birinci müavini, İlkin Etibar oğlu Vəliyev isə Vergilər nazirinin müavini təyin edilib.
Bundan öncə Sahir Məmmədxanov Vergilər nazirinin müavini, İlkin Vəliyev isə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışırdı.