Miqrantlar etiraz edir

Foto arxiv

Yunanıstanla Makedoniya sərhədindəki qaçqın düşərgəsində etiraz aksiyası martın 29-da davam edib.

Onların əksəriyyəti qəbul mərkəzlərinə getməkdən imtina edir.

Hakimiyyət miqrantları düşərgədən çıxarmaq istəsə də 12 min miqrantdan cəmi 1000-düşərgəni tərk edib.

Bazar ertəsi axşam da düşərgədə etiraz aksiyası keçirilib.

Yağış yağdığından qaçqınların bir qrupu gecəni qonşuluqdakı fermanın anbarında keçirməli olublar.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Makedoniya sərhədi bağladığından neçə aydır ki, qaçqınlar Yunanıstanın İdomeni qəsəbəsi ətrafındakı düşərgədə qalıblar.