Dağlıq rayonlara qar yağıb

Qar

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, dünəndən başlayaraq ölkənin dağlıq rayonlarına qar yağıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən və Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində isə 10-15 sm-ə çatıb.