Nawaz Sharif hücumlardan danışır

Partlayış qurbanları dəfn olunur

Partlayış qurbanları dəfn olunur

-

Pakistan hakimiyyəti bazar günü partlayışlarının arxasında duranları tapacağına and içir. Pasxa bayramında Lahorda törədilən partlayışlarda 70-dən çox adam ölüb, 300 nəfər yaralanıb.

“Onlara Pakistan xalqının həyatıyla oynamağa icazə verməyəcəyik”, Baş nazir Nawaz Sharif martın 23-də televiziya çıxışında deyib. “Bu iradəmizdir. Bu, 200 milyonluq Pakistan xalqının iradəsidir”.

Pakistanda 3 günlük matəmdir. Sharif deyib ki, ordu ekstremistlərin gizləndikləri yerlərdə hərbi əməliyyata başlayıb. Sharif bu həftə ABŞ-da nüvə sammitində iştirak edəcəkdi, səfərini təxirə alıb.

Hücuma görə məsuliyyəti Talibandan törəmə qruplaşma üzərinə götürüb.