BMT-nin hərbi cinayətlər üzrə hərbi tribunalının keçmiş mətbuat katibi Florence Hartmann hələ həftənin sonunadək həbsdə qalacaq.
Bu barədə vəkil Guenael Mettraux martın 28-də məlumat verib.
Hartmann martın 24-də məhkəmə binasının ətrafında gözətçilər tərəfindən saxlanıb.
Məhkəmə həmin gün Bosniya serblərinin keçmiş siyasi lideri Radovan Karadzici 40 il azadlıqdan məhrum edib.
O 1995-cı ildə Serebrenista kəndində müsəlmanların kütləvi qətli və insanlığa qarşı digər cinayətlərdə təqsirli bilib.
Hartmann 2000-ci illlərin əvvəllərində tribunalın sözçüsü olub.
Sonra məhkəmənin Serbiya ilə bağlı məxfi sövdələşməyə yol verməsi ilə bağlı kitab yazıb.
Məhkəmə onu 2009-cu ildə məxfi sənədlərin açıqlanmasındaittiham edir.