ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan martın əvvəllərində Moskvada olub.
Səfər zamanı Suriyadakı vəziyyət, atəşkəsə əməl edilməsi məsələsi müzakirə olunub.
Bu barədə martın 28-də Rusiyanın informasiya agentlikləri ABŞ-ın Moskvadakı səfiri William Stevenə istinadla xəbər verirlər.
Berennan Suriyada siyasi dəyişiklik naminə prezidenti Bashar Assadın getməsinin vacibliyi ilə bağlı ABŞ-ın mövqeini çatdırıb.
Amma Kremlin sözçüsü Dimitri Peskov son vaxtlar Kremildə belə bir görüş keçirilmədiyini bildirib.
AzadlıqRadiosu rus xidmətinin məlumatına görə, Qərbin informasiya agentlikləri də bu barədə Rusiya KİV-lərinə istinadla xəbər yayıblar.