-
Mərkəzi Bankı martın 29-u üçün manatın rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankın yaydığı məlumata görə, martın 29-da bir dollar 1,5737 manat təşkil edəcək.
Martın 28-də bir dollar 1,5876 manata bərabər olmuşdu.
Bu gün, Mərkəzi Bankın valyuta hərracında cəmi 500 min dollar satılıb. Dövlət Neft Fondunun verdiyi məlumata görə, hərraca 100 milyon dollar çıxarsa da 3 yerli bank cəmi yarım milyon dollar alıb.
Digər bankların niyə valyuta hərracında iştirak etmədiyi açıqlanmır.