Putin Assadı təbrik edib

Televiziya kanalları Suriyada qədim Palmira şəhərinin görüntülərini yayıblar.

Suriya ordusu istirahət günləri şəhəri “İslam Dövləti” yaraqlılarından azad edib.

Rusiya prezidenti Vladimir Putin bu münasibətlə suriyalı həmkarı Bashar Assadı təbrik edib.

Putin şəhərin azad edilməsinin dünya mədəniyyətinin qorunması baxımından vacib olduğunu bildirib.

Həmçinin Suriya prezidenti Bashar Assad fransalı deputatlarla görüşdə bunun vacib qələbə və terrorçuluqla mübarizənin effektli olduğunu bildirib.

BMT-nin baş katibi Ban Kİ Moon da qədim Palmira şəhəri və dünya əhəmiyyətli tarixi abidələrin azad edilməsini alqıqışlayıb.

O deyib ki, terrorçular təkcə insanlarla haq-hesab çəkmir, insan sivilizasiyasını məhv edirlər.

“İslam Dövləti” qrupu Palmiranı ötən ilin mayında zəbt eləmişdi.

Yerli arxeoloqlar bərpa işlərinin ilin sonunadək yekunlaşacağını düşünsələr də digərləri hesab edir ki, bu 5-7 il vaxt apara bilər.

UNRSCO-nun mütəxəssisləri şəhərə dəymiş ziyanı müəyyən eləməlidir.