Martın 28-də Türkiyənin cənub-şərqində yerli məmur öldürülüb.
Kürd yaraqlıları Şanlı Urfa əyaləti Sarıören kədinin lideri İbrahim İnkonu güllələyib, maşınını isə qaçırıblar.
Yaraqlılar bundan əvvəl yolda hərbi maşını partladıblar.
Nəticədə həmçinin 3 əsgər yaralanıb.
İstirahət günləri Nusaybin, Şirnak və Yüksekova şhərlərində baş verın toqquşmalarda 25 yaraqlı və 3 əsgər ölüb, 12 hərbçi yaralanıb.
Nusaybin Surya sərhədini yaxınlığında yerləşir.
PKK ötən il atəşkəs rejimindən çıxdıqdan sonra Türkiyədə terror aktlarının sayı artıb.
Bu günlərdə Ankarada törədilən son partlayışda 30-dan çox adam ölüb.
Hücuma görə cavabdehliyi PKK ilə əlbir olan “Kürdüstan Azadlıq Şahinləri” qrupu üzərinə götürüb.