“Azərbaycan heç kimə rəqib deyil”

Novruz Məmmədov

-

“Azərbaycan bu gün heç kimə rəqib deyil. Heç bir sahədə, hətta enerji sahəsində də, heç bir ölkə ilə rəqabət aparmır ”.

Bunu “ANS” televiziyasına açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov həmçinin bildirib ki, baş verənləri rəqabət kimi qəbul edənlər, təxribat aparanlar, sadəcə olaraq, Azərbaycanın imicinə, nüfuzuna təsir göstərmək istəyirlər: "Onlar da buna nail ola bilmirlər və bilməyəcəklər. Çünki biz düz yoldayıq və düzgün hərəkət edirik".

N. Məmmədovun deməsinə görə, Azərbaycanın xarici və daxili siyasəti son 25 il ərzində səmimi, qarşılıqlı, faydalı əməkdaşlığa yönəlib: "Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub, islam aləmi ilə xristian aləminin sərhədində yerləşən dövlət kimi, dünyanın ən mühüm nöqtəsində yerləşib. Bütün yollar bu gün burdan keçir ".