İslam hərbi koalisiyası görüşüb

Martın 26-da Yəməndə Səudiyyə koalisiyasının apardığı hərbi kampaniyaya etiraz aksiyası keçirilib

-

Səudiyyənin rəhbərlik etdiyi antiterror koalisiyasının liderləri martın 27-də ər-Riyadda görüşüb. Səudiyyə Ərəbistanı 34 ölkənin qoşulduğu koalisiyanı dekabrda yaradıb və fevralın sonunda böyük hərbi təlim keçirib.

Səudiyyənin briqada generalı Ahmed al-Assiri danışıqlardan sonra jurnalistlərə deyib ki, koalisiya “təməlqoyma” mərhələsindədir. Assiri-nin sözlərinə görə, ər-Riyad koalisiyanın koordinasiya mərkəzi üçün bina və maliyyə təklif edib. O, koalisiyanın “BMT qətnamələri və tanınmış konvensiyalar” çərçivəsində işləyəcəyini söyləyib.

Assiri deyib ki, bu görüşdən sonra “yaxın gələcəkdə” müdafiə nazirlərinin görüşü gözlənir.

Əsasən sünni ölkələrin cəmləşdiyi koalisiyaya NATO üzvü Türkiyə və nüvə silahlı Pakistan daxildir. Ancaq “İslam Hərbi Alyansı” adlanan quruma İndoneziya və İran üzv olmayıb.