​Muqtada al-Sadr baş nazirlə görüşüb

Muqtada al-Sadr Nəcəfdə mətbuat konfransı keçirir, 22 mart, 2016-cı il

-

İraqın güclü şiə ruhanisi Muqtada al-Sadr martın 27-də axşam ölkənin Baş naziri Haider al-Abadi ilə görüşüb. Görüş ruhaninin İraq paytaxtında oturaq etiraz aksiyasına başlamasından sonra baş tutub.

Daha öncə, bazar günü təhlükəsizlik qüvvələri Sadr-ın Yaşıl Zonaya girməsinə icazə verib. Bu zonada ölkənin siyasi elitası, eləcə də xarici səfirliklər yerləşir.

Sadr Yaşıl Zona qarşısına yığışmış tərəfdarlarına deyib ki, onların “təmsilçisi” kimi zonaya girəcək. Sadr dəfələrlə Abadi-ni iqtisadi və siyasi islahatlar həyata keçirməyə çağırıb. Bir həftədən çoxdur ki, onun tərəfdarları Zona qarşısında oturaq aksiya keçirir, hökumətin islahatları həyata keçirməsini tələb edir.