Brüsseldəki 2-ci intiharçı müəyyənləşdi

Foto arxiv

Brüssel hava limanında partlayış törədn ikinci intiharçının kimliyi müəyyən edilib.

Belçika prokurorluğunun martın 25-də yaydığı məlumata görə DNK testi onun 24 yaşlı Najim Laachraoui olduğunu ayırd edib.

Digər intiharçı isə İbrahim El Bakraouidir.

Martın 21-də Brüssel hava limanı və metro stansiyasında törədilən partlayışlarda 31 nəfər ölüb, 270-dən çox adam yaralanıb.

Polis hesab edir ki, Brüssel hücumları və ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktlarını eyni qrup təşkil edib.

Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.